Azərbaycan yığmasının rəqibləri bəlli oldu

16:12 - 08 İyun 2023

Azərbaycan yığmasının rəqibləri bəlli oldu

Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb.

 

Manset.az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

A qrupu

Qazaxıstan

Rumıniya

Azərbaycan

Niderland


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az