Beşiktaşın oyunçusu ağladı- Aylarla meydançaya addım ata bilməyəcək

16:24 - 08 İyun 2023

Beşiktaşın oyunçusu ağladı- Aylarla meydançaya addım ata bilməyəcək

Konyaspor matçında zədələnərək ağlayan Beşiktaşın oyunçusu Cenk Tosun meydanı xərəkdə tərk edib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, superliqada mövsümün son oyununda zədələnən milli futbolçunun, yuxarı sağ ayağında yırtıq aşkarlanıb.

2 ay oyundan uzaq qalması gözlənilən Tosun əməliyyat olunmağa qərar verərsə, bu müddət 3,5 aya qədər ola bilər.

Qeyd edək ki, Cenk Tosun bu mövsüm ağ-qara forma ilə 34 oyuna çıxıb.

Milli futbolçu bu matçlarda 18 qol vursa da, 8 məhsuldar ötürmə edib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az