Xames Rodrigesin yeni klubu AÇIQLANDI

11:11 - 10 İyun 2023

Xames Rodrigesin yeni klubu AÇIQLANDI

Məşhur kolumbiyalı futbolçunun - Xames Rodrigesin karyerasını harada davam etdirəcəyi açıqlanıb.

 

Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, məlumatı "Blu Radio"nun reportyoru Xavyer Ernandes Bonnet yayıb.

Xəbərə görə, o, "Boka Xuniors"la müqavilə bağlayacaq. Xamesin Argentina təmsilçisi ilə 3 illik anlaşma imzalayacağı bildirilib.

Qeyd edək ki, Rodriges karyerasına məhz Argentinada başlayıb. O, 2008/2009 mövsümündə bu ölkənin "Banfild" klubunun formasını geyinib. Yığmadakı, "Real Madrid"dəki və iki il icarə əsasında şərəfini qoruduğu "Bayern Münhen"dəki (2017/2018 və 2018/2019) parlaq oyunu ilə yadda qalan kolumbiyalının son iş yeri "Olimpiakos" olub. Ötən ilin payızında qoşulduğu Yunanıstan təmsilçisində ümidləri doğrultmayan Xames apreldə Pirey klubundan ayrılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az