İngiltərənin "Mançester Siti" klubu İtaliya "İnter"inə qarşı UEFA Çempionlar Liqasının final oyununda ciddi itki ilə üzləşib.
Manset.az-ın məlumatına görə, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne zədələnib.
Əzələsi dartılan belçikalı futbolçu 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.
Qeyd edək ki, hazırkı ilk hissəsi oynanılan matçda hesab açılmayıb.