Uruqvay dünya çempionu oldu - VİDEO

10:29 - 12 İyun 2023

Uruqvay dünya çempionu oldu - VİDEO

20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.

 

Manset.az xəbər verir ki, Argentinada təşkil olunan yarışın finalında Uruqvay və İtaliya komandaları üz-üzə gəlib.

Uruqvay 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub.

Üçüncü yer uğrunda görüşdə isə İsrail və Cənubi Koreya komandaları qarşılaşıblar. 3:1 hesabı ilə qalib gələn İsrail bürünc medalları qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az