“Real”la anlaşan futbolçu millidən kənarlaşdırıldı

19:19 - 12 İyun 2023

“Real”la anlaşan futbolçu millidən kənarlaşdırıldı

“Real”ın yeni transferi Çud Bellingem iyun ayında İngiltərə millisinin oyunlarını buraxacaq.

 

Manset.az İngiltərə millisinin “Tvitter” hesabına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Bellingemi AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün heyətindən kənarlaşdırıb.

Bellingem Bundesliqanın son turunda – “Maynts”la oyunda dizindən aldığı zədəsini sağaltmaqda davam edir.

“Brayton”un müdafiəçisi Luis Dank da zədə səbəbindən İngiltərə yığmasının heyətində yer almayıb.

Dortmund “Borussiya”sı Bellingemin “Real”a transferini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az