UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilir

12:32 - 14 İyun 2023

UEFA Millətlər Liqasında \"Dördlər finalı\"na start verilir

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

Manset.az-ın məlumatına görə, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az