“Milliyə o psixologiya ilə gəlmişəm” - Mahir Emreli

11:47 - 16 İyun 2023

“Milliyə o psixologiya ilə gəlmişəm” - Mahir Emreli

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsinin Estoniya ilə matçından öncə mətbuat konfransında iştirak edib.

 

Manset.az xəbər verir ki, 26 yaşlı forvard sabah meydanda əlindən gələni edəcəyini bildirib:

“Bu sezon mənim üçün bir az ağır keçdi. Mövsümün ikinci yarısında durumu toparlaya bildim. İstər-istəməz çempionatın son oyununda qazanılan nəticə bizə milliyə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az