Türkiyəli məşhur futbol mütəxəssisi Sərgən Yalçın "Neftçi" ilə razılığa gəlib.
Manset.az xəbər ver xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahin "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişində məlumat verib.
Onun sözlərinə görə, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib.
Adı "Fənərbaxça" ilə hallanan təcrübəli məşqçinin 2 gün ərzində yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Sərgən Yalçının "Neftçi"yə baş məşqçi təyin olunacağı ilə bağlı ilk xəbəri Manset.az xəbər portalı dərc etmişdi.