"Fənərbaxça" yeni mövsümün formalarını təqdim etdi - FOTOLAR

19:53 - 20 İyun 2023

\"Fənərbaxça\"  yeni mövsümün formalarını təqdim etdi - FOTOLAR

"Fənərbaxça" futbol klubu 2023/24-cü il mövsümündə geyinəcəyi formaları təqdim edib.

 

 Manset.az xəbər verir ki, yeni formanın təqdimat mərasimində tanınmış futbolçular: Arda Gülər, Ferdi Kadıoğlu və Miki Batshuayini iştirak ediblər. Onlar öz üzərlərində formanın yeni görüntülərini paylaşılıblar.

Məlumat üçün bildirək ki, futbol klubunun yeni mövsüm formalarının qiymətləri də bəlli olub. Belə ki, formalar 1399 lirəyə satışa çıxarılacaq. Onların klubun satış mağazasından alına biləcəyi bildirilib.

Qeyd edək ki, formanın təqdimatı zamanı maraqlı şüar səsləndirilib. Belə ki,  "Bir dəfə bu formanı geyinənlər ürəyini bu rənglərə bağladılar. Son bir söz deməli olsaq, HƏMİŞƏ ÖNDƏ!", şüarı hər kəsin zövqünü oxşayıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az