“Qarabağ” bu komandalardan biri ilə qarşılaşacaq

14:38 - 21 İyun 2023

“Qarabağ” bu komandalardan biri ilə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bilinib.

 

Manset.az xəbər verir ki, bu gün baş tutan püşkatma mərasimində Ağdam təmsilçisinə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi rəqib olub. Ancaq bunun üçün Qurban Qurbanovun yetirmələri əvvəlcə Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdırmalıdır.

“Linkoln” – “Qarabağ” cütünün qalibi II raundda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az