“Real Madrid” Toni Kroosla müqaviləni yenilədi

16:10 - 21 İyun 2023

“Real Madrid” Toni Kroosla müqaviləni yenilədi

“Real Madrid” futbolçusu Toni Kroosla yeni müqavilə imzalayıb.

 

Manset.az xəbər verir ki, İspaniya klubunun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayınadək komandanın formasını geyinəcək.

Qeyd edək ki, 2014-cü ildən “Real Madrid”də çıxış edən almaniyalı oyunçu “kral klubu” ilə 3 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, eyni sayda UEFA Super Kubokunun, 5 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya Kubokunun, 3 dəfə isə İspaniya Super Kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az