Güləşçimiz İstanbulda medal qazandı

21:46 - 21 İyun 2023

Güləşçimiz İstanbulda medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.

 

Manset.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.

Qeyd edək ki, iyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az