Polşada III Avropa Oyunlarının açılış mərasimi start götürüb.
Manset.az report-a istinadən xəbər verir ki, tədbir Krakovda yerləşən "Miejski" stadionunda keçirilir.
Mərasim ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə başlayıb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.