“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır

10:39 - 22 İyun 2023

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır.

Manset.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu yeni mövsümün hazırlığını Tirolda keçirəcək.

Qurban Qurbanovun kollektivi orada olduğu müddətdə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. Digər rəqiblə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəsmi matçı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”a qarşı olacaq. Görüş iyulun 11-də və ya 12-də səfərdə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az