Azərbaycan millisinin üzvü Zaqatalada qəzaya düşdü - FOTO

13:45 - 22 İyun 2023

Azərbaycan millisinin üzvü Zaqatalada qəzaya düşdü - FOTO

Azərbaycan millisi və "Qəbələ" klubunun hücumçusu Emil Səfərov Zaqatalada qəzaya düşüb. 

 

 Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yengiyan kəndi ərazisində baş verib.

Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi "Niva” markalı maşınla toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az