Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb.
Manset.az xəbər verir ki, bununla bağlı o, şəxsi instaqram hesabında paylaşım edib.
Məşq İrəvan Futbol Akademiyasının stadionunda keçirilib.
27 yaşlı futbolçu Albaniyanın "Eqnatiya" klubu ilə birgə Ermənistana yollanıb. Albaniya təmsilçisi Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Ararat"la qarşılaşacaq.
Vüsalın bu matçda meydana çıxacağı gözlənilir.