Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına köçdü - FOTO

14:28 - 13 İyul 2023

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına köçdü - FOTO

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı daha bir ulduz futbolçunun transferini reallaşdırıb.

 

Manset.az xəbər verir ki, klub “Latsio”nun serbiyalı yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi heyətinə qatıb. Məlumatı Asiya təmsilçisinin mətbuat xidməti yayıb.

Tərəflər üçillik müqavilə imzalayıblar. Bu transfer ərəblərə 40 milyon avroya başa gəlib. 28 yaşlı futbolçu “Əl-Hilal”da ilinə 20 milyon avro qazanacaq.

Qeyd edək ki, Milinkoviç-Saviç 2015-ci ildən “Latsio”da çıxış edirdi.

Xatırladaq ki, “Əl-Hilal” daha əvvəl “Vulverhempton”dan Ruben Neveş və “Çelsi”dən Kalidu Kulibalini transfer edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az