İspaniyanın "Real Madrid" klubu yarımmüdafiəçi Dani Sebalyosun zədələndiyini açıqlayıb.
Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, dünən məşqin sonunda ağrıları başlayan və bu gün sağlamlıq yoxlamasından keçən Sebalyos ABŞ-dakı mövsümöncəsi təlim-məşq toplanışına qatıla bilməyəcək və 1,5 ay meydanlardan uzaq qalacaq.
Real Madriddən verilən açıqlamada Sebalyosun sağ ayağının arxa əzələsinin vətərində zədə aşkarlandığı bildirilib.
Jalə
Manşet.az