"Qalatasaray" RB Leipzig-dən ispan sol cinah müdafiəçisi Ancelinonu satın alma opsiyonu ilə icarəyə götürdüyünü açıqlayıb.
Bu barədə Manset.az "Qalatasaray"-ın rəsmi saytına istinadən xəbər verir.
Həmçinin bildirilib ki, Ancelinonun RB Leipzig-dən 1,5 milyon avroluq icarə haqqı qarşılığında 6 milyon avroluq alış opsiyonu ilə icarəyə verildiyini bildirib.
Qeyd edək ki, 26 yaşlı ispan sol cinah müdafiəçisi sarı-qırmızılıların heyətində 2,3 milyon avro qazanacaq.
Ancelino "Qalatasaray"da 3 nömrəli formanı geyinəcək.
Jalə
Manşet.az