Argentinalı ulduz futbolçu Lionel Messi Mayamidəki supermarketdə görüntülənib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, forvardın fotoları sosial şəbəkədə paylaşılıb.
Leo azarkeşlərin foto çəkdirmək istəyini də geri çevirməyib.
Qeyd edək ki, Messi iyunun 7-də ABŞ-nin PSJ-dən "İnter Mayami"yə keçib.
2022/23 mövsümündə Messi PSJ-nin heyətində 41 oyun keçirib. O, 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.