“Neftçi” futbol klubunun məşqçilər korpusuna yeni təyinatlar olub.
Manset.az kluba istinadla xəbər verir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Mütəxəssislərin hər biri ilə ikiillik müqavilə imzalanıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədirlər.