"Qəbələ" fransalı hücumçunu heyətinə qatıb

18:56 - 14 İyul 2023

\"Qəbələ\" fransalı hücumçunu heyətinə qatıb

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

 

“Qırmızı-qaralar”dan Manset.az-a verilən məlumata görə, klub Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib.

29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az