Fransanın “Monako” klubu “Zalsburq”un qapıçısı Filipp Könü heyətinə qatıb.
Manset.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu qolkiperin transferi üçün 10 milyon avro ödəyib.
Alman əsilli isveçrəli futbolçu ilə 5 illik müqavilə imzalanıb.
O, 2022/23 mövsümündə “Zalsburq”un heyətində 42 oyuna çıxıb, 19 dəfə qapısını toxunulmaz saxlayıb.