“Barselona” yetirməsini geri qaytardı

17:53 - 17 İyul 2023

“Barselona” yetirməsini geri qaytardı

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Manset.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kataloniya klubu yetirməsi Oriol Romeunu qaytarıb. O bildirib ki, ötən mövsüm “Jirona”da çıxış edən 31 yaşlı yarımmüdafiəçi artıq “Barsa” üçün tibbi müayinədən keçib.

Klub bu keçidə görə qarşı tərəfə 4,5 milyon avro ödəyib. Eyni zamanda Pablo Torre növbəti mövsüm icarə əsasında “Jirona”da çıxış edəcək.

O.Romeu ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az