"Fənərbaxça" türk müdafiəçi transfer edir - FOTO

19:08 - 18 İyul 2023

\"Fənərbaxça\" türk müdafiəçi transfer edir - FOTO

Transfer mövsümündə çox aktiv günlər keçirən "Fənərbaxça" sürpriz adla gündəminə düşüb.

 

Manset.az xəbər verir ki, Sports Digitale-dən Yağız Sabuncuoğlunun xəbərinə görə, "Fenerbahçe" "Marsel"də çıxış edən Bartuq Elmazla maraqlanır. Sarı-göylərin Fransa komandasına rəsmi təklif göndərdiyi bildirilib.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Qalatasaray"la müqaviləsi 2022-ci ilin yanvarında başa çatdıqdan sonra Fransa komandasına yollanıb.

Ön-liberal mövqedə çıxış edən futbolçu ötən mövsüm “Marsel B” forması ilə 6 dəfə meydana çıxıb və 2 qol vurub.

Bartuğ Elmaz Fransa Kubokunda Marsel A Komandası ilə cəmi bir matçda 4 dəqiqə qazana bilib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az