“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

20:30 - 18 İyul 2023

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçildi

“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

 

“Gənclik şəhəri” təmsilçisindən Manset.az-a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub.

Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin, “Sumqayıt” qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.

Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az