Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqasına məğlubiyyətlə başlayıb.
Manset.az xəbər verir ki, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.
Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə Yoel Asoro ilə əvəzlənib. 21 yaşlı forvard meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.
***20:04
Azərbaycan millisinin və İsveçin "Yurqorden" komandasının futbolçusu Musa Qurbanlı evdə İsveçrə "Lütsern"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa start heyətində çıxacaq.
Manset.az xəbər verir ki, Stokholm təmsilçisinin baş məşqçisi Tomas Lagerlöf avrokubok matçında 21 yaşlı hücumçuya ilk dəqiqələrdən şans verəcək.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.