Formula 1 yarışları Sinqapurda keçiriləcək

15:44 - 15 Sentyabr 2023

Formula 1 yarışları Sinqapurda keçiriləcək

Formula 1 üzrə dünya çempionatında mövsümün 16-cı yarışı Sinqapurda keçiriləcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 16-sı Sinqapur Qran Prisinin seçmə mərhələləri, yarış isə bazar günü sentyabrın 17-də GMT vaxtı ilə 15.00-da keçiriləcək.

Yarış 4,94 kilometrlik Marina Bay küçəsi dairəsində baş tutacaq.  

Red Bull komandasının pilotu Maks Verstappen 12 yarış qələbəsi ilə çempionluğa açıq namizəddir. Onun komanda yoldaşı Sergio Perez 2 yarış qələbəsi ilə ikinci yerdədir. Mövsümün 6-cı oyunu olan Emiliya-Romanya Qran Prisi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.

Pilotlar təsnifatında ilk 5 yer aşağıdakılardır:

Max Verstappen (Hollanda): 364 puan

Sergio Perez (Meksika): 219

Fernando Alonso (İspanya): 170

Lewis Hamilton (Büyük Britanya): 164

Carlos Sainz (İspanya): 117

Komandaların təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

Red Bull: 583 puan

Mercedes: 273

Ferrari: 228

Aston Martin: 217

McLaren: 115

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az