Bu gün Tailand çempionatında 4-cü tur start götürüb.
Manset.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də çıxış etdiyi “Buriram Yunayted” öz meydanında “Trat”ı qəbul edib. Görüş "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən Şeydayev iki qol ötürməsi edib. O, 1-ci və 4-cü qolda məhsuldar ötürmə müəllifi olub.
"Buriram Yunayted" - "Trat" - 4:0
Qollar: İnprakon, 15, Fattanapol, 20-avtoqol, Çamratsame, 44, Bunmathan, 57.
"Buriram Yunayted" bu qələbə ilə xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.