“Fənərbaxça”dan darmadağın

00:00 - 29 Sentyabr 2023

“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

 

Manset.az xəbər verir ki, bu gün lider “Fənərbaxça” evdə “Başakşehir”lə qarşılaşıb. “Fənərbaxça” rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Qeyd dək ki, “Fənərbaxça” hazırda 18 xalla 1-ci, “Qalatasaray” 16 xalla 2-ci, “Adana Demirspor” isə 11 xalla 3-cüdür. “Başakşehir” isə 3 xalla 18-cidir.

28 sentyabr

“Fənərbaxça” – “Başakşehir” - 4:0
Qollar: Djiku, 5. Duarte, 10-avtoqol. Şimanski, 20; 80.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az