DÇ-2030 6 ölkədə keçiriləcək

20:00 - 04 Oktyabr 2023

DÇ-2030 6 ölkədə keçiriləcək

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını ün qitədə və altı ölkədə keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu gün FİFA Şurasının iclası keçirilib və orada turnirin oyunlarının ona ev sahibliyi etmək üçün müraciət etmiş bütün ölkələrdə keçirilməsi qərara alınıb.

Ən çox qarşılaşmalar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. Üç matç Cənubi Amerikada olacaq.  Mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. 

Qeyd edək ki, dünya çempionatının finalı "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az