"Hamı yaxşı nəticə gözləyir" - Abdullah Zubir

22:41 - 04 Oktyabr 2023

\"Hamı yaxşı nəticə gözləyir\" - Abdullah Zubir

"Həftəboyu yaxşı hazırlaşmışıq. "Hekken" çox  yaxşı komandadır.  Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik".

 

Manset.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir  Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin böyük klub olduğunu söyləyib:"Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım".

Qeyd edək ki, sabah keçiriləcək "Hekken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az