Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Büyükekşi "Beşiktaş" - "Luqano" matçını izləmək üçün getdiyi Tüpraş stadionunu Beşiktaş azarkeşlərinin təhqiramiz şüarları və reaksiyaları nəticəsində oyunu 44-cü dəqiqədə tərk etmək qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Büyükekşi "Beşiktaş"ın prezidenti Əhməd Nur Çebiyə "Mənə bu söyüşləri siz etdirirsiniz” şəklində əl hərəkəti edərək matçı tərk edib.
Büyükekşinin Çebiyə əl hərəkəti ilə işarə edərək stadionu tərk etdiyi anlar sosial şəbəkədə viral olub.
Aygün
Manşet.az