“Səbail” son dəqiqədə vurduğu qolla “Qəbələ”ni məğlub etdi

18:03 - 07 Oktyabr 2023

 “Səbail” son dəqiqədə vurduğu qolla “Qəbələ”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında IX turun mübarizəsi davam edir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası doğma arenasında “Səbail”lə qarşılaşıb. “Qırmızı-qaralar” çempionatın son 5 turunda məğlub olmayan paytaxt təmsilçisinin uğurlu seriyasını qıra bilməyib. Görüşdə yeganə qola 90+5-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb. Onun son dəqiqədə vurduğu qol bakılılara 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində “Səbail” xallarının sayını 17-yə çatdırıb. “Qəbələ” isə 7 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda “Zirə” “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. Bu gün “Sabah” – “Araz-Naxçıvan”, oktyabrın 8-də isə “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az