Real Madrid məşhur futbolçu barəsində yekun qərarı verdi

12:29 - 10 Oktyabr 2023

Real Madrid məşhur futbolçu barəsində yekun qərarı verdi

Real Madrid türkiyəli futbolçu Arda Gülərin yenidən ciddi zədələnməsindən sonra onu başqa bir kluba icarə üçün təklifi edəcəyi iddia edilmişdi.

 

Manşet.az xarici mediaya istinadən xəbər verir ki, Real Madrid bu iddiaları qeyri-rəsmi olaraq təkzib edib və futbolçuya güvəndiklərini bildirib.

İtalyan jurnalist Fabrizio Romanonun xəbərinə görə, Real Madrid hələ də Arda Gülərin bacarığına 100 faiz güvənir. Aldığı zədələr klubun futbolçuya baxışını dəyişməyib. Həmçinin, Real Madrid Arda Güləri başqa kluba icarəyə götürməyi qətiyyən düşünmür. Dünya nəhənginin baş məşqçisi Ançelotti sağaldıqdan sonra türkiyəli futbolçunu planlarına daxil edəcək.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az