“Kəpəz” Tovuza köçdü, “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

17:30 - 13 Oktyabr 2023

“Kəpəz” Tovuza köçdü, “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının X turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası

X tur

21 oktyabr

15:00. “Kəpəz” - “Zirə”

Tovuz şəhər stadionu

Əvəzedicilər Liqası

X tur

19 oktyabr

14:00. “Turan Tovuz-2” - “Qarabağ-2”

Tovuz şəhər stadionu

Qeyd edək ki, “Turan Tovuz-2” - “Qarabağ-2” matçının oktyabrın 21-də keçirilməsi planlaşdırılırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az