Boksçularımız Avropa Kubokunu beş medalla başa vurdu - FOTO

13:57 - 15 Oktyabr 2023

Boksçularımız Avropa Kubokunu beş medalla başa vurdu - FOTO

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokuna yekun vurulub.

 

Manset.az xəbər verir ki, bu haqda azərbaycan Boks Federasiyası məlmat yayıb.

Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

63,5 kiloqram çəkidə çıxış edən Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan Azərbaycan təmsilçisi sonadək mübarizə aparsa da yekunda rəqib qalib gəlib. Nəticədə M.Həsənov öz çəkisində ikinci yeri tutub.

Ondan öncə Tural Sarıyev (48 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Mirşərif Kazımzadə (75 kiloqram) bürünc medala yiyələnib.

 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az