"Liverpul" rekordu təkrarlamağa hazırlaşır

18:20 - 15 Oktyabr 2023

\"Liverpul\" rekordu təkrarlamağa hazırlaşır

"Liverpul" "Bavariya"nın hücumçusu Leroy Zaneni almaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. O, "mersisaydlılar"ın misirli futbolçusu Mohamed Salahı əvəz etməyə əsas namizəddir.

“Liverpul” Zeyn üçün 80 milyon funt-sterlinqdən (təxminən 93 milyon avro) çox ödəməyə hazırdır. Əgər transfer reallaşarsa, "Liverpul" öz rekordunu təkrarlayacaq. İngiltərə klubu daha əvvəl eyni məbləği uruqvaylı hücumçu Darvin Nunes üçün ödəyib.

"Liverpul" Zaneni bu qış heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, Zane 2020-ci ildən "Bavariya"da çıxış edir. Almaniyalı futbolçu bu müddət ərzində Münhen klubunun heyətində bütün turnirlərdə 144 matçda iştirak edib, 45 qol vurub, 37 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az