Azərbaycan atıcısı Ruslan Lunyov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Lapua Avropa Kubokunda bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından (AAF) Manset.az-a verilən məlumata görə, o, 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, oktyabrın 9-15-də keçirilən yarış Avropa Atıcılıq Konfederasiyasına (AAK) məxsusdur və qitənin qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.