Xavi növbədənkənar iclas keçirdi

20:30 - 08 Noyabr 2023

Xavi növbədənkənar iclas keçirdi

"Barselona"nın baş məşqçisi Xavi Ernandes UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra futbolçuları ilə 45 dəqiqəlik növbədənkənar görüş keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bu gün Xavi “Barselona”nın bütün futbolçu və məşqçi heyətini paltardəyişmə otağına toplayıb. İspaniyalı mütəxəssis komanda ilə motivasiya söhbəti aparıb. Görüşün müsbət mənada keçdiyi qeyd edilir. Heyət və futbolçular belə qənaətə gəliblər ki, oyunda yaranan problemlərə tez bir zamanda son qoyub, qarşıdakı matçlarda yüksək pilləyə qalxmaq lazımdır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 turundan sonra “Barselona”nın 9 xalı var və H qrupunda 1-ci yeri tutur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az