3 yaşlı uşaq xəstəxanada öldü

13:05 - 22 Fevral 2026

 3 yaşlı uşaq xəstəxanada öldü

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd edilib ki, bu gün saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az