21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb.
Manşet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlərə tapşırılıb. Görüşün baş hakimi Viktor Şimuşik olacaq. Ona Anton Gusev, Sergey Kosovets kömək edəcək. Dördüncü hakim funksiyasını Vitali Sevostyanik yerinə yetirəcək.
Oyun oktyabrın 8-də, saat 20:30-da, Sumqayıtdakı "Kapital Bank Arena”da baş tutacaq.