“Hazırda Şeydayevin fiziki çatışmazlığı var” - Ertuğrul Sağlam

07:44 - 25 Yanvar 2024

“Hazırda Şeydayevin fiziki çatışmazlığı var” - Ertuğrul Sağlam

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Türkiyə 1-ci liqasının 20-ci turunda "Altay"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. 

 

Manset.az  "Kocaeli Halk" qəzetinə istinadən xəbər verir ki, mütəxəssis tədbirdə komandanın yeni transferləri Ramil Şeydayev və Duhan Aksu  haqda da danışıb. Onların hazırkı durumu barədə suala cavabında E.Sağlam deyib ki, hər iki futbolçunun bugünkü fiziki formasında müəyyən çatışmazlıq var:  

“Duhan bir az daha geridədir. Amma bu çatışmazlıqları yavaş-yavaş aradan qaldırırlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

Qeyd edək ki, R.Şeydayev ötən həftə  "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Altay" - "Kocaelispor" görüşü yanvarın 28-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az