Millimiz dünya reytinqində ikinci oldu

17:52 - 25 Yanvar 2024

Millimiz dünya reytinqində ikinci oldu

Minifutbol üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.

 

Manset.az xəbər verir ki, Dünya Minifutbol Federasiyasının (WMF) hazırladığı siyahıya son dünya çempionu Rumıniya başçılıq edir.

Rumınların aktivində 4125 xal var. Azərbaycan millisi isə hesabındakı 3000 xalla 2-ci yerə yüksəlib. Komandamız 3 pilləlik irəliləyişə nail olub.

Üçüncü sırada Macarıstan qərarlaşıb – 2600 xal.

60 komandanın yer aldığı siyahıda Türkiyə yığması 25 xalla 58-cidi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az