PSJ yeni transferini açıqlayıb.
Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Korintians"dan Qabriel Moskardo heyətə cəlb edilib.
18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Moskardo 6 ay icarə əsasında "Korintians"da çıxış edəcək və yeni mövsümün əvvəlində Paris təmsilçisinə qoşulacaq.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm A seriyasında 18 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.