Yanvarın 25-də Ukrayna Futbol Assosiasiyasının UAF) XXVI Konqresi keçirilib və bu konqredə qurumun yeni prezidenti seçilib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, UAF prezidenti postunu “Dinamo”, “Milan” və Ukrayna millisinin əfsanəvi hücumçusu Andrey Şevçenko tutub.
O, korrupsiya və mənimsəmədə şübhəli bilinən, hazırda istintaq təcridxanasında oturan Andrey Pavelkonun 2015-ci ildən tutduğu vəzifəyə yeganə namizəd olub.
Assosiasiya prezidentinin seçilməsi UAF-ın XXVI Konqresinin gündəliyinin üçüncü məsələsi olub. Şevçenko çıxışı zamanı 15 dəqiqə ərzində Ukrayna futbolunun əsas problemlərindən danışıb, həmçinin onun inkişafı ilə bağlı fikirlərini bölüşüb.
2004-cü ilin “Qızıl top” qalibinin namizədliyinə səs verməzdən əvvəl konqres nümayəndələri yekdilliklə UAF rəhbəri Andrey Pavelkonun vəzifəsindən azad edilməsini dəstəkləyiblər. Şevçenkonun lehinə 93 nümayəndə səs verib, bir nəfər isə bitərəf qalıb.