Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak bu gün əməliyyat olunacaq.
Manset.az xəbər verir ki, bu barədə İdman.bizə Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
O bildirib ki, ötən ilin dekabrın əvvəlində Türkiyə Superliqasında xəsarət alan “Qalatasaray”lının diz bağları qopub.
Hücumçunun ən azı 1 il meydanlardan kənar qalacağı dəqiqləşib.
Qeyd edək ki, ötən ilin sonlarında əməliyyat olunacağı və 9 ay meydandan kənarda qalacağı gözlənilsə də, təkrar müayinədən sonra müddət artıb.