SON DƏQİQƏ: “Qarabağ”a yeni baş məşqçi təyin edildi - FOTO

12:59 - 26 Yanvar 2024

SON DƏQİQƏ: “Qarabağ”a yeni baş məşqçi təyin edildi - FOTO

“Şamaxı”da gördüyümüz işə görə daha çox xal toplamalı idik”.

 

Manset.az xəbər verir ki, bunu İdman.biz-ə I Liqada mübarizə aparan “Şamaxı”dan ayrılan baş məşqçi Vüqar Əsgərli deyib.

O, klubdan ayrılmasının səbəbini açıqlayıb. Azərbaycan millisində də çalışmış mütəxəssis bölgə təmsilçisində lazımi nəticəni etməməsinə təəssüflənib: “Düşündüyümüz kimi olmadı və ayrılmağımın klub üçün daha xeyirli olacağı qənaətinə gəldim. Konkret son oyunumuz istefama təsir etmədi. Lakin ümumi I dövrənin nəticələri məni qane etmədi”.

Gənc mütəxəssis “Qarabağ” Futbol Akademiyasına gəlişini də dəyərləndirib. Əsgərli Ağdam təmsilçisinin koordinatoru Aftandil Hacıyevin təklifinin cəlbedici olduğunu və bu səbəbdən də U-15 komandasına rəhbərlik edəcəyini deyib: “Rəhbərlik nəticənin önəmli olduğunu qeyd etdi. Əsas məqsəd isə futbolçuların oynayaraq, inkişaf etməsidir. Komanda birinci sıradadır və hansısa dəyişiklik etməyi düşünmürəm”.

Qeyd edək ki, Əsgərli “Qarabağ”ın U-15 komandasında Rakif Əliyevi əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az