"Atletiko"dan "Şeffild Yunayted"ə

23:13 - 26 Yanvar 2024

\"Atletiko\"dan \"Şeffild Yunayted\"ə

"Atletiko"nun qapıçısı İvo Qrbiç "Şeffild Yunayted"ə keçib.

 

Manset.az  xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. 28 yaşlı oyunçu ilə  uzunmüddətli müqavilə imzalanıb.

Qrbiç 2020-ci ildən Madrid təmsilçisində çıxış edirdi. Xorvatiyaı futbolçu "Atletiko"da 14 oyuna çıxıb, 14 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Şeffild Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla sonuncu-20-cidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az